Sumqayıt şəhərinin 26-cı məhəlləsində Xəzər Bağları istiqamətində hərəkət edən avtobusda sürücü ilə sərnişin arasında mübahisə baş verib.
Musavat.com xəbər verir ki, iddiaya görə, insidentə səbəb avtobus sürücüsünün nəqliyyat vasitəsini dayanacaqda saxlamaması olub.
Sərnişinin sözlərinə görə, o, sürücünün dayanacaqda saxlamamasına etiraz etdikdən sonra tərəflər arasında mübahisə yaranıb və sürücü sərnişinə qarşı aqressiv davranıb, nəticədə onlar arasında qarşılıqlı təhqirlər səsləndirilib.
Məlumata görə, hadisədən sonra sərnişin düşmək istədiyi dayanacaqdan uzaqda düşərək yolu piyada qayıtmalı olub.
Şahanə Rəhimli,
Musavat.com






