Ukrayna Rusiyanın dərinliklərində yerləşən strateji hədəflərə qarşı uzaqmənzilli zərbələrin yeni mərhələsinə start verib.
Musavat.com xəbər verir ki, bu barədə Ukrainska Pravda nəşrinə istinadən Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.
Zelenskinin sözlərinə görə, uzaqmənzilli zərbələr üçün prioritet hədəflərin siyahısı yenilənib və plan müəyyən edilmiş tapşırıqlara uyğun şəkildə icra olunur. O bildirib ki, Ukraynanın uzaqmənzilli zərbələrinin məsafəsi artıq 3 min kilometri keçib və bu göstərici artmaqda davam edir.
Prezident qeyd edib ki, ilin əvvəlindən bu kampaniya çərçivəsində 1000-dən çox atəş tapşırığı yerinə yetirilib. Zərbələr nəticəsində neft obyektləri, hərbi baxımdan kritik əhəmiyyət daşıyan istehsal müəssisələri və əsas logistika qovşaqları hədəfə alınıb.
Musavat.com






