İnsanlara hürriyət, millətlərə istiqlal!

İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ - Dənizə girmək təhlükəlidir

275 26.07.2026 18:58 Ölkə A A

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 27-si və 28-də ölkə ərazisində güclü külək əsəcəyi proqnozlaşdırılır.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.

FHN-dən Musavat.com-a verilən məlumata görə, bu havada dənizə girmək təhlükəkilidir.

"Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, küləkli havada dənizə girmək çox təhlükəlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar", - FHN-in müraciətində bildirilib.

Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, xüsusilə havaların isti və quru keçdiyi bu günlərdə küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir:

"Eləcə də güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR