İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin miqrantlarla bağlı qanunu sərtləşdirdi

822 26.07.2026 16:57 Dünya A A

Rusiya prezidenti Vladimir Putin əmək miqrantları və onların ailə üzvləri ilə bağlı yeni tələbləri nəzərdə tutan qanunu imzalayıb.

Musavat.com xəbər verir ki, yeni qaydalar 2026-cı il oktyabrın 1-dən qüvvəyə minəcək.

Qanuna əsasən, xarici ölkə vətəndaşı olan əmək miqrantı həm özünü, həm də Rusiyada onunla birlikdə yaşayan himayəsindəki şəxsləri yaşayış minimumundan az olmayan gəlirlə təmin etməlidir. Bu məbləğ region üzrə müəyyən edilən əmsala uyğun hesablanacaq.

Miqrantın gəliri müəyyən edilmiş həddən aşağı olarsa, onun əmək patenti və ya iş icazəsinin müddətinin uzadılmasından imtina edilə bilər. Bu halda, ailənin Rusiyada qalması üçün başqa hüquqi əsası yoxdursa, miqrant və azyaşlı övladları 15 gün ərzində ölkəni tərk etməli olacaqlar.

Yeni qaydalara görə, əmək miqrantlarının uşaqları yalnız valideynlərinin əmək patenti və ya iş icazəsinin qüvvədə olduğu müddətdə Rusiyada qala biləcəklər.

Bundan əlavə, 18 yaşına çatan miqrant övladları 30 gün ərzində ya Rusiyanı tərk etməli, ya da öz adlarına əmək patenti almaq üçün müraciət edərək vergi üzrə avans ödənişini həyata keçirməlidirlər. Rusiyada qalmaq üçün başqa qanuni əsasları olan şəxslər isə bu tələbdən istisna ediləcəklər.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR