ABŞ-ın Dövlət Departamentinin nümayəndə heyəti Venesuelaya səfər edib.
Musavat.com xəbər verir ki, CNN-in məlumatına görə, səfərin əsas məqsədi ABŞ səfirliyinin Karakasda mümkün bərpasına hazırlıq çərçivəsində ilkin qiymətləndirmələrin aparılmasıdır. Nümayəndə heyəti təhlükəsizlik şəraiti, diplomatik infrastruktur və mərhələli şəkildə diplomatik fəaliyyətin bərpası üçün zəruri şərtləri yerində araşdırır.
Qeyd olunur ki, bu mərhələ hələ yekun qərar anlamına gəlmir. ABŞ tərəfi Venesuela ilə münasibətlərdə formatın yenilənməsi imkanlarını regional və beynəlxalq vəziyyət fonunda dəyərləndirir.
Xatırladaq ki, ABŞ 2019-cu ildə Venesuelada dərinləşən siyasi böhran səbəbindən Karakasdakı səfirliyinin fəaliyyətini faktiki olaraq dayandırmışdı.
Musavat.com






