ABŞ Baş prokuroru Pam Bondi ABŞ təhlükəsizlik qüvvələrinin Venesuela və İrandan sanksiyalı neft daşıyan bir tankeri saxladığını təsdiqləyib.
Musavat.com xəbər verir ki, Bondi X hesabında bununla bağlı paylaşım edib: "FTB, Daxili Təhlükəsizlik Təhqiqatları və ABŞ Sahil Mühafizəsi, Hərbi Departamentin dəstəyi ilə Venesuela və İrandan sanksiyalı neft daşımaq məqsədilə istifadə edilən neft tankerini ələ keçirmək üçün order icra etdilər".
Onun sözlərinə görə, tanker "xarici terror təşkilatlarını dəstəkləyən qanunsuz neft ticarəti şəbəkəsində iştirak etdiyinə görə" ABŞ sanksiyalarına məruz qalıb.
ABŞ prezidenti Donald Tramp da jurnalistlərə tankerin ələ keçirilməsini təsdiqləyib.
Bu arada, The Washington Post qəzetindəki mənbəyə görə, ələ keçirilən tanker Kubaya Venesuela nefti daşıyırmış.
Musavat.com






