İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və İsrail qarşıdakı bir sutkada İrana zərbə endirəcək - ŞOK iddia

1358 04.05.2026 22:08 Dünya A A

ABŞ və İsrail yaxın 24 saat ərzində İrana qarşı hərbi zərbələr endirə bilər.

Musavat.com xəbər verir ki, bu barədə CNN telekanalı öz mənbələrinə istinadla məlumat yayıb.

Telekanal Birləşmiş Ərəb Əmirliklərindəki mənbəsinə istinadla bildirir ki, mümkün hücum son günlər BƏƏ ərazisində yerləşən obyektlərə endirilən zərbələrə cavab xarakteri daşıya bilər.

Mənbə qeyd edir ki, regionda təhlükəsizlik vəziyyəti sürətlə dəyişir və tərəflər arasında qarşıdurma riskləri artır.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR