İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Venesuealaya zərbə endirməyə hazırlaşmır - Tramp

568 31.10.2025 22:21 Siyasət A A

ABŞ prezidenti Donald Tramp Venesuela ərazisinə zərbələr endirməyi düşünmədiyini bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, öz təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Ondan Venesuealaya zərbə endirmək planının olub-olmadığını soruşublar. Tramp isə “xeyr” cavabını verib.

Qeyd edək ki, bu gün "The Wall Street Journal" qəzeti ABŞ-ın Venesuela hava limanlarına, limanlarına və dəniz obyektlərinə zərbə endirməyi planlaşdırdığına dair məlumat yayıb.

Nəşrin məlumatına görə, bu, həm də Nikolas Maduronu istefaya məcbur etmək cəhdidir. Potensial hədəflər arasında hərbi nəzarətdə olan limanları və uçuş-enmə zolaqları da var.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR