İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Venesuelanı mühasirəyə aldı - Trampdan SON DƏQİQƏ AÇIQLAMASI FOTO

808 17.12.2025 07:34 Son xəbər A A

ABŞ prezidenti Donald Tramp Venesuelanın tam dəniz blokadasına alındığını bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ lideri özünün "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

Tramp bildirib ki, Venesuela Cənubi Amerika tarixində indiyədək toplanmış ən böyük hərbi donanma tərəfindən tam mühasirəyə alınıb və bu qüvvə daha da artırılacaq.

“Bu, əvvəllər bizdən oğurladıqları bütün neft, torpaq və digər aktivləri ABŞ-a qaytarana qədər davam edəcək. Maduroya məxsus qeyri-legitim rejim neftdən narkoterrorizmin maliyyələşdirilməsi, insan alveri və qətllər üçün istifadə edir. ABŞ-a məxsus aktivlərin oğurlanmasına və bir çox digər səbəblərə görə Venesuela rejimi xarici terror təşkilatı elan edilib. Buna görə də bu gün sanksiyalar altında olan bütün tankerlərə qarşı total və tam blokada tətbiq edilməsi barədə göstəriş verirəm”, - deyə Tramp yazıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR