İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdamda minaya düşən Gizir Xanıya şəhidlik statusu verildi

702 16.12.2025 00:23 Ölkə A A

Ağdam rayonunda minaya düşərək həlak olan Gizir Xanıya şəhidlik statusu verilib.

Musavat.com Teleqraf-a istinadən xəbər verir ki, 23 sentyabr tarixində rayonun Mirəşelli kəndi ərazisində baş verən mina partlayışı nəticəsində həyatını itirən, Gizir Xanı kimi tanınan Səyyaf Əhmədova mülki şəhid statusu verilib.

Məlumatı mərhumun yaxınları təsdiqləyiblər.

Qeyd edək ki, Səyyaf Əhmədov uzun illər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edib. O, 44 günlük Vətən müharibəsində də könüllü olaraq iştirak edib. Şəhidlik statusunun verilməsi onun xidmət və fədakarlığının dövlət səviyyəsində tanınması kimi qiymətləndirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR