İnsanlara hürriyət, millətlərə istiqlal!

Azər Süleymanov ailəsi ilə Bodrumda belə dincəlir - FOTOLAR

606 11.07.2026 21:41 Şou-biznes A A

Aparıcı Azər Süleymanov ailəsi ilə tətilə yollanıb.

Türkiyənin Bodrum şəhərində dincələn aparıcı övladları ilə kamera qarşısına keçərək fotosessiya etdirib. O, oğlu və qızının yer aldığı fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Azər paylaşımına bunları yazıb:

"Su qəribədir... Nə insanı tam gizlədir, nə olduğu kimi təqdim edir. Sadəcə görünənlə görünməyən arasında incə bir sərhəd çəkir. Fikirləşirəm ki, bəlkə insan da elə ömrü boyu bu "iki sahil arasında" yaşayır. Bir tərəfdə hamının gördüyü, o biri tərəfdə isə yalnız özünün tanıdığı adam dayanır...

İllər sonra bu şəklin harada çəkildiyini, Bodrumun hansı yerlərində gəzdiyimi, bu hovuzun hansı hoteldə yerləşdiyini, bu günlərdə nələrin baş verdiyini unutmağım mümkündür. Amma həmin günlərdə içimdə yaranan hissləri unutmaq istəmərəm. Çünki insan getdiyi yerləri yox, həmin yerlərdə çevrildiyi adamı – o duyğuları "arayır". Bu albom da qoy təkcə həmin səfərin deyil, o gözəl xatirələrin, hisslərin qoruyucusuna çevrilsin".

Qeyd edək ki, aparıcının iki övladı var.  (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR