Türkiyə 2026-cı ildə Rusiya prezidenti Vladimir Putinin Ankaraya rəsmi səfərini gözləyir.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin diplomatik mənbəsi məlumat yayıb. Bildirilib ki, Rusiya liderinə dəvət ən yüksək səviyyədə çatdırılıb.
Mənbənin sözlərinə görə, səfərlə bağlı prinsipial razılıq mövcuddur, lakin hazırda konkret tarixlər müəyyən edilməyib. Tərəflər səfərin vaxtı və gündəliyi üzərində diplomatik kanallar vasitəsilə məsləhətləşmələri davam etdirirlər.
Qeyd edək ki, Vladimir Putinin Türkiyəyə mümkün səfəri regional və beynəlxalq gündəmdə mühüm siyasi müzakirələrlə üst-üstə düşür və bu səbəbdən Ankara–Moskva münasibətləri kontekstində xüsusi əhəmiyyət daşıyır.
Musavat.com






