İnsanlara hürriyət, millətlərə istiqlal!

AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi YENİLƏNİB

2062 23.04.2025 10:58 Ölkə A A

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov Musavat.com-a açıqlama verib:

"Qeyd olunan xəbər köhnə məlumat əsasında hazırlanıb. Belə ki, Zaur Kərimov 4 ay bundan əvvəl, yəni daha dəqiq desək, 16.12.2024-cü il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilib və elə həmin tarixdən etibarən bu vəzifəni Cəbrayılov Elşad Mehman oğlu icra edir".

***

Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin rəisi vəzifəsindən istefa verib.

Manset.az-ın əldə etdiyi məlumata görə, qurumun Bakı Regional bölməsinin rəisi Zaur Kərimov ərizə yazaraq AQTA-nın sədri Qoşqar Təhməzliyə təqdim edib.

Daha sonra Q.Təhməzlinin müvafiq əmri ilə Zaur Kərimov tutduğu vəzifəsindən azad edilib.

Onun vəzifəsi Qida Təhlükəsizliyi Agentliyinin Hüquq şöbəsinin müdiri Elşad İsgəndərova həvalə edilib. Məlumat AQTA-dan təsdiq edilib.

Zaur Kərimovun istefa vermə səbəbi bəlli deyil.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsi qurumun ən mühüm strukturlarından hesab edilir.

Musavat.com-un əldə etdiyi eksklüziv məlumata görə, Zaur Kərimov səhhəti ilə bağlı istefa verib. Bu istefa yeni fakt deyil. 2024-cü ilin dekabr ayının əvvəlindən ərizə vasitəsilə rəsmiləşib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR