“Crocus Qrup” niyə apelyasiya şikayəti verib?
“Crocus Qrup”un təsisçisi və prezidenti azərbaycanlı oliqarx Araz Ağalarov terror aktı qurbanlarına verilən təzminatla bağlı qərardan apelyasiya şikayəti vermək qərarına gəlib”. Musavat.com xəbər verir ki, bu barədə Rusiya mediası yazıb.
“Crocus Qrup” apelyasiya şikayəti üçün vəkillər qrupu cəlb ediblər, baxmayaraq ki, ölənlərin və yaralananların bütün ailələrinə deyil, cinayət işində zərərçəkmiş kimi tanınan iki qadına kompensasiya ödənilməsinə aiddir. “Crocus” nümayəndələrinin tələbi ilə məhkəmə qapalı keçirilir. Vəkillər “istintaq məxfiliyi” və “kommersiya sirri”nə istinad edərək, “Crocus Qrup” nüfuza vurulan zərəri minimuma endirməyə çalışırlar” deyə, xəbərdə bildirilir.

Bildirilir ki, “Crocus Qrup”qarşı məhkəmə iddiası 2024-cü ilin dekabrında yenidən qaldırılıb. Qadınlar müalicə xərclərinin ödənilməsini və mənəvi zərərin ödənilməsini tələb ediblər. Hücum günü onlar tüstü basmış, qaranlıq otaqda yarım saata yaxın çıxış yolu tapmağa çalışıblar, hər ikisi dəm qazından zəhərləniblər. Həkimlər onlara uzunmüddətli müalicə lazım olduğunu deyiblər. Bu iklin yayında “Crocus City Hall”da baş vermiş yanğında zərərçəkənlər vəkil İqor Trunov vasitəsilə Ağalarovların bütün aktivlərinin, o cümlədən “Crocus Group”, “Crocus”, “Crocus Profi” özəl mühafizə şirkəti və “Crocus International” ASC-nin hesablarının dondurulması ilə bağlı İstintaq Komitəsi qarşısında vəsatət qaldırmışdı. Maraqlıdır ki, o zaman Ağalarovlar ətrafında baş verənlərdə Rusiya hakimiyyətinin əli olduğu gizlədilmirdi. “Görünür, hakimiyyətin səbri tükənib, istisna edə bilmərik ki, zərərçəkənlər oliqarxlara qarşı təzyiqləri artırmağa məcbur ediliblər və bundan onlara (Ağalaravlara-red) qarşı ciddi məhkəmə araşdırmalarına, o cümlədən aktivlərinin “milliləşdirilməsinə” başlamaq üçün bəhanə kimi istifadə ediblər” deyə, xəbərlərdə bildirilirdi.

“Crocus City Hall”da faciə 22 mart 2024-cü ildə baş verib. Terror aktı nəticəsində 145 nəfər ölüb, 500-dən çox insan yaralanıb.Cinayət işi çərçivəsində 18 nəfər həbs edilib.Cinayət işində ümumilikdə 19 nəfər ittiham edilir. Bunların dördü terror aktında birbaşa iştira edən taciklərdir- Şəmsiddin Fəriduni, Dalerdjon Mirzoyev, Məhəmmədsobir Faizov, Səidəkram Rəçabalizoda. Digər müttəhimlər onlara həm könüllü, həm də cinayətb əməllərinin bilməyərəkdən kömək edənlərdir. Bələ ki, bəziləri kirayə mənzillər verib, bəziləri pul köçürmələrində iştirak ediblər, bəziləri isə silah saxlayıb və sairə...
Baş verən teraktın ardınca terrorçular kompleksi yandırmışdılar. İlkin məlumatlarda deyilirdi ki, obyektin yenidən bərpası 12-15 milyard rubl (təxminən 130-160 milyon dollar) lazımdır.
Musavat.com






