İnsanlara hürriyət, millətlərə istiqlal!

Arvadının saçını keçəl edən ər HƏBS OLUNDU

1675 30.10.2025 22:40 Hadisə A A

Həyat yoldaşının saçını qırxıb ona əzab verməkdə ittiham olunan Tamerlan Məmmədov həbs edilib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, iki gün əvvəl gecə saatlarında bir qadının həyat yoldaşı tərəfindən döyülməsi ilə bağlı polisə məlumat daxil olub. Videoda kişinin həyat yoldaşının saçını keçəl etməklə ona əzab verdiyi əks olunub. Həmin kadrlar əməli törədən şəxs tərəfindən sosial şəbəkədə paylaşılıb.

T.Məmmədov polis tərəfindən saxlanılaraq əzab vermə maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.//Qafqazinfo

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR