Ermənistanda seçki məntəqələrinin protokolları açıqlanmağa davam edir.
Musavat.com xəbər verir ki, açıqlanan protokollara görə, Şirak vilayətinin Artaşen kəndində seçkidə iştirak edən 96 nəfərdən 84-ü “Vətəndaş Müqaviləsi” Partiyasına səs verib.
Sünik vilayətinin Verin Hotanan kəndində hakim partiya 92 səs toplayıb. Burada “Birlik Qanadları” 26, “Ermənistan” bloku 10, “Güclü Ermənistan” isə 9 səs əldə edib.
Aşotskun Vardaxpyur kəndində “Vətəndaş Müqaviləsi” 50 səs toplayaraq digər siyasi qüvvələri qabaqlayıb. Sisyanın Salvard kəndində hakim partiya 125, Balak kəndində isə 49 səs əldə edib.
Nerkin Hand kəndində “Vətəndaş Müqaviləsi” 50, “Birlik Qanadları” 15, “Güclü Ermənistan” 11 səs qazanıb.
Aşotskun 30/23 saylı məntəqəsində Paşinyanın partiyası 82 səs toplayıb. Burada “Güclü Ermənistan” 41, “Ermənistan” bloku 13, “Çiçəklənən Ermənistan” Partiyası isə 18 səs əldə edib.
Kapanın Sraşen kəndində “Vətəndaş Müqaviləsi” 41, “Birlik Qanadları” 18 səs toplayıb. Dzorastan kəndində isə hakim partiya 43 səslə birinci olub.
Dilicanın Qoş kəndində “Vətəndaş Müqaviləsi” 58 səs qazanıb. İrəvanın Davtaşen rayonundakı 5/02 saylı məntəqədə isə hakim partiya 47 səslə lider olub.
Aşotskun Sazut kəndində “Vətəndaş Müqaviləsi” 58, Şirakın Sarakap kəndində isə 205 səs toplayıb.
Alaqyaz bölgəsinin iri yezidi icması hesab olunan Şenkani kəndində “Vətəndaş Müqaviləsi” 59 səs əldə edib. Burada “Çiçəklənən Ermənistan” Partiyası 18, “Ermənistan” bloku 9 səs qazanıb.
Sünikin Njde kəndində hakim partiya 63, “Güclü Ermənistan” 14, “Ermənistan” bloku isə 13 səs əldə edib.
Sisyan rayonunun Uyts kəndində “Vətəndaş Müqaviləsi” 226 səslə böyük üstünlük nümayiş etdirib. “Güclü Ermənistan” 43, “Ermənistan” bloku isə 22 səs toplayıb.
Aşotskun Arpeni kəndində hakim partiya 93 səs əldə edib. Vedi rayonunun Landjanist kəndində isə “Vətəndaş Müqaviləsi” 45, “Çiçəklənən Ermənistan” Partiyası 11, “Güclü Ermənistan” 8 səs qazanıb.
Axuryanın 30/57 saylı məntəqəsində “Vətəndaş Müqaviləsi” 75 səs toplayaraq yenidən birinci olub.
Məntəqə protokollarının açıqlanması davam edir.
Musavat.com






