İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampı Ankaradan qayıdanda təyyarəsini dəyişməyə vadar edən səbəb açıqlandı

859 25.07.2026 13:15 Dünya A A

İyulun əvvəlində Ankaradan yola düşməzdən əvvəl ABŞ prezidenti Donald Trampın təyyarəsinin dəyişdirilməsi qərarına İranla əlaqəli "proksi qüvvələrin" prezident təyyarəsini və Amerika liderini hədəf aldığı barədə məlumatlar səbəb olub.

Musavat.com xəbər verir ki, bu iddia ilə The New York Times qəzeti çıxış edib.
Qəzetin məlumatına görə, ABŞ administrasiyasının rəsmiləri məlumatı etibarlı hesab ediblər və ABŞ Gizli Xidməti Trampı Qətər tərəfindən bağışlanan təyyarəni köhnə Air Force One ilə əvəz etməyə çağırıb. Lakin qəzet ABŞ hakimiyyət orqanlarının əlində olan məlumatların "proksi qüvvələrin" konkret bir təyyarəni hədəf aldığını göstərmədiyini qeyd edir.

Ankarada baş tutan NATO sammitindən sonra keçirilən mətbuat konfransında Tramp Türkiyədən yeni prezident təyyarəsi ilə qayıtmayacağını bildirib, bunu onu Avropada nümayiş etdirmək istəyi ilə əsaslandırıb.
Qeyd edək ki, Tramp iyunun ortalarında yeni prezident təyyarəsini təqdim edib. 2025-ci ildə Qətər kral ailəsi tərəfindən ona hədiyyə edilən təyyarə 30 ildən çoxdur istifadədə olan Boeing 747-2 təyyarəsini əvəz edir. "The Washington Post" qəzeti ölkə liderini daşıyan təyyarə üçün bütün tələblərə cavab verən 400 milyon dollarlıq təyyarənin əlavə təchizatlarının təxminən 1,5 milyard dollara başa gələcəyini təxmin edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR