ABŞ administrasiyası noyabr ayında keçiriləcək aralıq konqres seçkiləri səbəbindən İranla münaqişənin sülh yolu ilə həllini tələsdirmək niyyətində deyil.
Musavat.com xəbər verir ki, bunu Ağ Evdə jurnalistlərə ABŞ prezidenti Donald Tramp deyib: "Hamı seçkilərdən danışsa da, mən tələsmirəm. Biz bunu düzgün etməliyik. Seçkilər hər şeyi yoluna qoyacaq".
O, İranla mümkün sülh razılaşmasını "böyük bir razılaşma" adlandırıb. Bildirib ki, İranla danışıqlarda "çoxlu insan", o cümlədən ABŞ vitse-prezidenti J.D.Vens və dövlət katibi Marko Rubio iştirak edir: "Hazırda danışırıq və nə olacağını görəcəyik".
Tramp iddia edib ki, İran razılaşmaya nail olmaqda son dərəcə ciddidir: "Düşünürəm ki, onlar əvvəllər gördüyümüzdən daha ciddidirlər, amma bu, biz buna nail olacağıq demək deyil".
"The Wall Street Journal" qəzeti əvvəllər mənbələrə istinadən xəbər vermişdi ki, Amerika lideri İranla uzun sürən münaqişədən məyusdur və onun bəzi müşavirləri artıq qiymətlərin artmasına, reytinqlərin azalmasına və 10-dan çox Amerika əsgərinin ölümünə səbəb olan müharibənin "Trampın prezidentliyini məhv etməsindən" və Respublikaçıların qarşıdan gələn ara seçkilərdə onsuz da qaranlıq perspektivlərini sarsıtmasından qorxurlar.
Musavat.com






