İnsanlara hürriyət, millətlərə istiqlal!

Heç vaxt Rusiyaya Starlink satmamışıq – Mask ilk dəfə bu barədə danışdı

352 25.07.2026 13:53 Dünya A A

Rusiya ordusu Starlink terminallarını qaçaqmalçılıq yolu ilə əldə edə bilmişdi.
Musavat.com xəbər verir ki, bunu ilk dəfə bu barədə danışan milyarder İlon Mask The Economist-ə verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, "Ağ siyahı"nın yaradılması Rusiyanı bu imtiyazdan məhrum etmək üçün istifadə edilib.

Mask bildirib ki, Starlink heç vaxt ruslara terminal satmayıb. Rusiya ordusu onları qaçaqmalçılıq yolu ilə əldə edib: "Biz Starlink-i heç vaxt ruslara satmamışıq. Əsasən, onlar Ukrayna vasitəsilə sifariş edilmiş Starlink terminallarını alıblar, sonra isə onları Rusiya qoşunlarının yerləşdiyi Şərqi Ukraynaya qaçaqmalçılıq yolu ilə aparıblar. Və sonra, bəzi hallarda, onlardan hücumlar həyata keçirmək üçün istifadə ediblər".

O, əlavə edib ki, bu məsələni həll etmək üçün onun şirkəti Ukrayna hökuməti ilə birlikdə təsdiqlənmiş Starlink terminallarının siyahısı olan "ağ siyahı" yaradıb: "Lakin bunun da mənfi tərəfi var: müntəzəm Starlink istifadəçiləri olan və sadəcə iş və ya təhsil üçün internetə daxil olmağa çalışan bir çox insanın artıq Starlink-ə çıxışı yoxdur".

Ukrayna tərəfinin məlumatına əsasən ruslar 2023-cü ilin əvvəlində cəbhə xəttində "boz" Starlink terminallarından istifadə etməyə başlayıblar. 2026-cı ilin əvvəllərində isə onlar hava müdafiə sistemlərini keçmək və onların dronlarını "onlayn" idarə etmək üçün Ukraynaya terminallarla təchiz olunmuş dronlarla hücum etməyə başlayıb.
Keçmiş Ukrayna müdafiə naziri Mixaylo Fyodorovun Maska müraciətindən sonra Rusiya ordusunun əlindəki Starlinklər söndürülüb. Nəticədə ön cəbhədə olan ordu hissələrinin bir-biri və arxa cəbhə arasındakı əlaqəsi də iflic olub. Bu, Ukrayna ordusuna rusiyanın Xarkov və Sumı istiqamətindəki hərəkətini dayandırmağa, 700 kvadratkilometrdən çox ərazini geri almağa imkan yaradıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR