İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın Ermənistanı sevməsinin daha bir səbəbi

753 25.07.2026 22:05 Dünya A A

İran Ermənistanı regional qaz tranzit mərkəzinə çevirmək üçün yeni təşəbbüslə çıxış edib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

İranın yeni təşəbbüsünə əsasən, Ermənistan təkcə İran qazının alıcısı deyil, həm də onun üçün regional tranzit və ixrac platformasına çevrilə bilər. Bu məqsədlə tərəflər birgə işçi qrupu yaradıblar.

İlk mərhələdə Ermənistanın mövcud qaz infrastrukturunun auditi aparılacaq, qaz kəmərləri, ötürücü şəbəkələr və digər enerji obyektlərinin vəziyyəti qiymətləndiriləcək. Bundan sonra isə infrastrukturun genişləndirilməsi və İran qazının Ermənistan bazarından kənar ölkələrə nəqli imkanları araşdırılacaq.

Təşəbbüs İranın neft naziri Möhsün Paknejadın İrəvana səfəri zamanı irəli sürülüb. Layihə reallaşacağı təqdirdə Ermənistanın Cənubi Qafqazda enerji tranziti baxımından rolunun artacağı gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR