İnsanlara hürriyət, millətlərə istiqlal!

Avstriya Ukraynanın Avropa xəyalını alt-üst etdi - "Bu, mümkün deyil"

399 25.07.2026 23:52 Dünya A A

Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı Avstriyadan səslənən son açıqlama Kiyevin yaxın perspektivdə Aİ-yə qəbul ümidlərini daha da zəiflədir.

Musavat.com xəbər verir ki, Die Welt nəşrinə müsahibə verən Avstriyanın Avropa məsələləri üzrə naziri Klaudiya Bauer Ukraynanın yaxın illərdə Avropa İttifaqına tamhüquqlu üzv olmasının mümkün görünmədiyini bildirib.

Nazir qeyd edib ki, Ukrayna hələ də müharibə şəraitindədir və bu səbəbdən ölkə xalqına yerinə yetirilməsi mümkün olmayan vədlər verilməməlidir.

Bauerin sözlərinə görə, bu gün heç kim müharibənin nə vaxt başa çatacağını və Ukraynanın hansı siyasi, iqtisadi və institusional şərtlərlə bu vəziyyətdən çıxacağını dəqiq proqnozlaşdıra bilmir. Buna görə də sonradan yerinə yetirilməsi mümkün olmayan süni üzvlük tarixlərinin elan edilməsi doğru deyil.

Avstriyalı nazir Ukrayna prezidenti Volodimir Zelenskinin irəli sürdüyü sürətləndirilmiş üzvlük təşəbbüsünü də real hesab etmədiyini vurğulayıb.

Onun fikrincə, Aİ-yə qəbul üçün bütün namizəd ölkələr eyni qaydalara əməl etməli və üzvlüyü öz nailiyyətləri ilə qazanmalıdır. Bauer bildirib ki, 39 milyon əhalisi və fərqli kənd təsərrüfatı strukturu olan Ukraynanın Aİ-yə qoşulması birlikdə ciddi dəyişikliklərə səbəb ola bilər və buna görə də tələsik qərar qəbul etmək mümkün deyil.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR