Moskva Avropada mənzil almağın ən çətin olduğu şəhər seçilib.
Musavat.com xəbər verir ki, bu barədə Numbeo xidmətinin hazırladığı reytinqdə bildirilir.
Araşdırmaya əsasən, Rusiya paytaxtı 22,2 əmsalla Avropada mənzil almaq üçün ən əlçatmaz şəhər olub. Analitiklərin hesablamalarına görə, yüksək gəliri olmayan orta statistik moskvalı üçün hazırkı şəraitdə ipoteka faktiki olaraq əlçatmazdır. Belə ki, ipoteka ödənişi ailənin ümumi aylıq gəlirinin 453 faizini təşkil edərdi.
Musavat.com






