İnsanlara hürriyət, millətlərə istiqlal!

Son iki ildə qətlə yetirilən şəhər merlərinin sayı 14-ə çatdı - Bu ölkədə

792 26.07.2026 02:30 Dünya A A

Meksikada narkokartellərin təsirinin güclü olduğu bölgədə daha bir mer silahlı hücum nəticəsində öldürülüb.

Musavat.com xəbər verir ki, CBS News-un yaydığı məlumata görə, Meksikanın Morelos ştatının Temoak şəhərinin meri Valentin Lavin iş yerində güllələnərək qətlə yetirilib.

Məlumata əsasən, hadisədən sonra prokurorluq qatilin axtarışına başlayıb. Bildirilir ki, Lavinə bu ilin yanvar ayında da silahlı hücum edilmişdi.

Temoak şəhəri paytaxt Mexiko yaxınlığında, narkokartellərin fəal olduğu Morelos ştatında yerləşir. Valentin Lavin ölkə prezidenti Klaudiya Şeynbaumun hakim partiyasını təmsil edirdi.

Qeyd olunur ki, 2006-cı ildən, Meksikada narkotik qruplaşmalarına qarşı mübarizənin kəskinləşməsindən bəri ölkədə təxminən 100 mer öldürülüb. Hazırkı hökumətin 2024-cü ilin oktyabrında fəaliyyətə başlamasından sonra isə qətlə yetirilən merlərin sayı 14-ə çatıb.

Son dövrün ən səs-küylü hadisələrindən biri isə ötən ilin noyabrında Uruapan şəhərinin meri Karlos Mansonun ölümü olub. O, Ölülər Günü münasibətilə keçirilən ictimai tədbirdə çıxış edərkən güllələnmiş, hadisə ölkədə kütləvi etirazlara və polis toqquşmalarına səbəb olmuşdu.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR