ABŞ-la müharibə və sonrakı atəşkəs dövründə İran hakimiyyəti 18 milyard dollar dəyərində neft ixrac edib və istehsal səviyyəsini tam qoruyub saxlaya bilib.
Musavat.com xəbər verir ki, məlumatı İranın neft naziri Möhsün Paknejad Şana agentliyinə açıqlayıb: "Müharibə zamanı nazirlik 11,5 milyard dollar, atəşkəs dövründə isə daha 6,5 milyard dollar dəyərində neft satıb. Beləliklə, böhranın ən qızğın dövründə belə, illik büdcəyə daxil olan neft gəlirlərinin 60 faizindən çoxunu təmin etmək mümkün olub".
Paknejad qeyd edib ki, münaqişə başlamazdan əvvəl belə, ölkədə təxminən 100 milyon barel xam neft və qaz kondensatı toplanıb və sonradan satılıb: "Neft tankerlərinin hərəkəti ilə bağlı risklərin müvəqqəti azalması İran neft ixracının ciddi dərəcədə artmasına və yığılmış ehtiyatların əhəmiyyətli bir hissəsinin dünya bazarlarına çıxarılmasına imkan verib".
Musavat.com






