İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Tramp İrana qarşı hücumları dayandırmaq ƏMRİ VERDİ

865 25.07.2026 22:18 Dünya A A

ABŞ prezidenti Donald Tramp təxminən iki həftə davam edən gündəlik hücumların ardından amerikalı hərbçilərə İrana qarşı zərbələri dayandırmaq barədə əmr verib.

Musavat.com xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Qərar Oman nümayəndələrinin Tehranda danışıqlar apardığı bir vaxtda qəbul edilib. Məlumata görə, Hörmuz boğazında gəmilərin hərəkətinin bərpası ilə bağlı olası razılaşma istiqamətində “müəyyən irəliləyişlər” əldə olunub.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə ABŞ Tehranı Hörmuz boğazı ilə bağlı əldə olunmuş razılaşmanın şərtlərini pozmaqda ittiham edərək İrana qarşı genişmiqyaslı zərbələri bərpa edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR