İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənclər ayağa qalxdı, təhsil naziri istefa verdi

667 25.07.2026 19:11 Dünya A A

Hidistanın təhsil naziri Dharmendra Pradhan imtahan suallarının sızması qalmaqalı ilə bağlı nümayişlərdən sonra istefa verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, nazirin istefası bir həftəlik kütləvi nümayişlərdən sonra baş tutub. Narendra Modi hökumətinə görünməmiş çətinlik yaradan gənclər hərəkatı istəyinə nail olib.

Şənbə günü günortadan sonra verdiyi açıqlamada Pradhan tələbələrin təzyiqindən sonra istefa ərizəsini baş nazirə təqdim etdiyini söyləyib.

"Jantar Mantarda və ölkə daxilində yaranan vəziyyəti nəzərə alaraq, anti-milli qüvvələrin bu vəziyyətdən sui-istifadə etməməsi üçün... istefa ərizəmi baş nazirə göndərdim", - Pradhan sosial media paylaşımında yazıb.

O, "son 10 gündə baş verənlərdən kədərləndiyini" söyləyib və əlavə edib: "Ölkə gənclərinin istəklərinə, hisslərinə və qanuni gözləntilərinə dərin hörmət edirəm".

Gənclərin əsas tələbi milyonlarla tələbənin həyatını ağırlaşdıran, tələbənin öz həyatına son qoymasına səbəb olan imtahan suallarını sızmasına görə məsuliyyət daşıuyanların cəzalandırılması idi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR