İnsanlara hürriyət, millətlərə istiqlal!

İkinci Dünya müharibəsindən bəri İLK DƏFƏ: ABŞ generalı DƏHŞƏTLİ RƏQƏMLƏRİ AÇIQLADI

444 25.07.2026 19:31 Dünya A A

Ukraynadakı müharibə NATO-nu müdafiəyə yanaşmalarını yenidən nəzərdən keçirməyə məcbur edib.

Qərb üçün əsas çağırış böyük həcmdə silah istehsal etmək qabiliyyətini bərpa etmək olub.

Musavat.com xəbər verir ki, bu fikri NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin sabiq Ali Baş Komandanı, general Kristofer Kavoli “Boots on the Ground” podkastına müsahibəsində bildirib.

Kavolinin sözlərinə görə, Ukraynaya göstərilən kömək səbəbindən NATO ölkələrinin silah ehtiyatlarının nə qədər tez tükənməsi və Qərbin müdafiə-sənaye bazasının bu ehtiyatları operativ şəkildə doldurmaqda neçə zəif olması onu təəccübləndirib.

O qeyd edib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu ABŞ və Avropanın istehsal imkanlarının müharibə üçün deyil, dinc dövr üçün nəzərdə tutulduğunu göstərdi. Xüsusilə artilleriya sursatlarının çatışmazlığı tez bir zamanda özünü göstərdi.

Məhz buna görə də, Kavolinin fikrincə, yaxın illər üçün NATO-nun əsas strateji vəzifələrindən biri kütləvi şəkildə silah istehsal etmək və Ukraynada olduğu kimi innovasiyaları sürətlə tətbiq etmək qabiliyyətini bərpa etməkdir.

Müasir müharibənin xarakterindən danışan ekspert Ukrayna cəbhəsinin əsas dərsini döyüş əməliyyatlarının misli görünməmiş miqyası kimi qiymətləndirib.

"Rusiya bu müharibədə 4000-dən çox əsas döyüş tankını itirib. Dörd min! Müqayisə üçün qeyd edim ki, Böyük Britaniyada onların sayı 200 civarındadır və bu park təxminən 150-yə qədər azaldılır. Fransanın təxminən 220 aktiv tankı var, Kanadanın isə 74-dür. Rusiya böyük bir müttəfiqin bütün tank parkından bir neçə dəfə çox tank itirdi və buna baxmayaraq, bu itkilərin yerini doldura bildi", - deyə Kavoli vurğulayıb.

Generala görə, bu miqyas İkinci Dünya müharibəsi dövrü ilə müqayisə oluna bilər. Kavoli xatırladıb ki, o zaman müttəfiqlər generalların istedadından daha çox, "möhtəşəm" sənaye gücü sayəsində qələbə qazanmışdılar.

Məlumat üçün bildirək ki, müharibənin əvvəlində Ukrayna tamamilə müttəfiqlərin köməyindən asılı idisə, indi NATO artıq Ukraynanın hərbi təcrübəsindən faydalanır. Hətta "Sea Breeze 2026" təlimləri çərçivəsində keçirilən qiymətləndirmədən sonra Ukrayna Hərbi Dəniz Qüvvələri tarixində ilk dəfə NATO qüvvələrinə rəhbərlik etmək hüququ əldə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR