Yəmənin beynəlxalq aləmdə tanınmış hökumətinin ordusu ölkənin şimalında şiə “Ənsar Allah” (husilər) hərəkatının hərbi mövqelərinə zərbələr endirib.
Musavat.com xəbər verir ki, bu barədə hərbi mənbə məlumat verib.
Mənbənin bildirdiyinə görə, hava zərbələri Yəmənin şimalındakı Saada və Marib əyalətlərinin Əl-Cuba, Əs-Safra və Məccər rayonlarında “Ənsar Allah” qruplaşmasının hərbi mövqelərinə və köməkçi qüvvələrinə endirilib.
Yəmənin dövlət yönümlü telekanalı da Marib və Əl-Cauf əyalətlərinin bir sıra rayonlarında husilərin mövqelərinin atəşə tutulduğunu təsdiqləyib.
Hərbi əməliyyatlar Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin Əl-Xudeydə əyalətinə endirdiyi zərbələrdən sonra husilərin Krallığın neft emalı zavodlarına hücum etdikləri barədə bəyanatından dərhal sonra baş verib.
Musavat.com






