Ermənistanda Serj Sərkisyanın yaxın adamlarından biri barədə qərar verilib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın sabiq təhsil və elm naziri, müxalif Respublika Partiyasının sədr müavini Armen Aşotyanın həbs müddəti daha bir ay uzadılıb.
Bu barədə jurnalistlərə onun vəkili Ruben Melikyan məlumat verib.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Armen Aşotyan altı nəfərlə əlbir olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib və keçmiş maliyyə naziri Qaqik Xaçatryan ilə onun oğlu Artyom Xaçatryanın özgəninkiləşdirilməsi qadağan olunan əmlakı əldə etmələrinə kömək edib.
Xatırladaq ki, Armen Aşotyan iyunun 5-də həbs edilib. O, uzun illər Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının aparıcı simalarından biri olub və hazırkı Baş nazir Nikol Paşinyanın ən sərt tənqidçilərindən biri kimi tanınır.
Aşotyan Ermənistanda qatı revanşist mövqeyi ilə seçilir.
Musavat.com






