İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa diplomatiyasının keçmiş rəhbəri HƏBS OLUNDU

1371 02.12.2025 17:12 Siyasət A A

Avropa Xarici Fəaliyyət Xidmətinin Brüsseldəki qərargahında aparılan axtarışlardan sonra Avropa diplomatiyasının keçmiş rəhbəri Federika Moqerini (2014-2019) saxlanılıb.

Musavat.com xəbər verir ki, bu AFP məlumat yayıb.

O, Avropa Kollecində yeni Aİ Diplomatik Akademiyasının maliyyələşdirilməsi ilə bağlı tenderlə bağlı saxtakarlıqda şübhəli bilinir.

Avropa Prokurorluğu qeyd edib ki, bu işdə cəmi 3 nəfər saxlanılıb.

Aİ diplomatik xidmətində korrupsiya araşdırması zamanı həbs edilən ikinci şəxs onun keçmiş baş katibi Stefano Sannino olub.

Bu barədə “l'Echo” qəzeti Belçika təhlükəsizlik güclərindəki mənbələrə istinadən məlumat yayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR