İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Rusiya pulları ilə Ukraynaya silah alınması üçün başqa sxem hazırlayır

511 18.12.2025 01:52 Siyasət A A

Avropa İttifaqı Ukraynaya dondurulmuş Rusiya aktivləri ilə təmin edilməsi planlaşdırılan potensial kreditin bir hissəsi olaraq "Avropadan Al" qaydalarının tətbiqini nəzərdən keçirir.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, müvafiq təklif bu həftə Aİ üzv dövlətlərinə təqdim edilib. Təklifə görə, vəsaitin yarıdan çoxunun - beş il ərzində 210 milyard avroya qədər - Ukraynadan, AB ölkələrindən və fərdi tərəfdaşlardan, xüsusən də Norveçdən olan müdafiə istehsalçılarına ayrılması planlaşdırılır.

Digər dövlətlərin iştirakı ciddi şəkildə məhdudlaşdırılacaq və bu, kreditlə Amerika silahlarının alınması imkanını faktiki olaraq məhdudlaşdıracaq.

Eyni zamanda layihə Ukraynaya məhdud manevr imkanı verir: müəyyən silahlara təcili ehtiyac varsa və yeni qaydalara əsasən əldə edilə bilməzsə, istisnalara icazə verilir.

Təşəbbüs Aİ-nin təxminən 90 milyard avroluq kredit üçün Rusiya aktivlərindən istifadə etməyi nəzərdə tutan mürəkkəb bir planı yekunlaşdırmaqda çətinlik çəkdiyi bir vaxtda ortaya çıxıb. Bu maliyyələşdirmə olmadan Ukrayna bu yaz vəsaitlərinin tükənməsi riski ilə üzləşir.

Danışıqlar bəzi üzv dövlətlərin, xüsusən də aktivlərin əhəmiyyətli bir hissəsinin cəmləşdiyi Belçikanın müqaviməti ilə qarşılaşır. Brüssel Rusiyadan potensial iddialar yarandıqda dövlətin məsuliyyət daşımayacağına dair hüquqi zəmanət tələb edir. Medianın yaydığı məlumata görə, Rusiya kəşfiyyatı Brüssel hakimiyyətini vəsaitlərə görə iddialarla təhdid edir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR