Aktyor Azər Aydəmir dələduzluqla üzləşib.
Musavat.com xəbər verir ki, aktyor bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
Azər Aydəmir bildirib ki, son günlər internetdə onun adı və görüntüləri sui-istifadə edilərək saxta reklamlar hazırlanıb:
“İnternetdə mənim görüntümlə montaj olunmuş qumar reklamı yayırlar. Bu, tamamilə yalandır və mənim həmin reklamlarla heç bir əlaqəm yoxdur. Xahiş edirəm, belə fırıldaqçıların tələsinə düşməyin, aldadılmayın”.
Könül
Musavat.com






