İlk yayın vaxtı 02:00
Futbol üzrə dünya çempionatının I qrupunda Norveç və İraq yığmaları arasında keçirilən qarşılaşma avropalıların inamlı qələbəsi ilə başa çatıb.
Musavat.com xəbər verir ki, Boston stadionunda oynanılan matçda Norveç 4:1 hesabı ilə qalib gəlib.
Oyunda hesabı 29-cu dəqiqədə Erlinq Holann açıb. İraq millisi 39-cu dəqiqədə Ayman Hüseynin qolu ilə tarazlığı bərpa etsə də, Holann 43-cü dəqiqədə yenidən fərqlənərək komandasını fasiləyə üstün yollayıb.
İkinci hissədə Norveç üstünlüyünü daha da artırıb. 76-cı dəqiqədə Leo Estiqor komandasının üçüncü qolunu vurub. Qarşılaşmada son nöqtəni isə əsas vaxta əlavə olunmuş 7-ci dəqiqədə Kristian Torstvedt qoyub - 4:1.
Beləliklə, Norveç dünya çempionatına qələbə ilə başlayıb.
Qeyd edək ki, qrupun digər oyununda Fransa millisi Seneqalı 3:1 hesabı ilə məğlub edib.
***
Futbol üzrə dünya çempionatının I qrupunda keçirilən İraq - Norveç matçında ilk hissədə ardıcıl 3 qol vurulub.
Musavat.com xəbər verir ki, Boston stadionunda keçirilən qarşılaşmada hesabı 29-cu dəqiqədə Norveç açıb. Erlinq Holann fərqlənərək avropalıları önə keçirib - 1:0.
39-cu dəqiqədə İraq millisi cavab qolunu vurub. Ayman Hüseyn başla dəqiq oynayaraq hesabı bərabərləşdirib - 1:1.
43-cü dəqiqədə isə Norveç yenidən hesabda irəli çıxıb. Erlinq Holann ikinci dəfə fərqlənərək dubl edib və hesabı 2:1-ə çatdırıb.
DÇ-2026: İraq - Norveç oyunu başladı
FIFA Dünya Çempionatının I qrupunda İraq və Norveç yığmaları arasında qarşılaşma start götürüb.
Musavat.com xəbər verir ki, Boston stadionunda keçirilən matç hər iki komanda üçün qrup mərhələsində vacib əhəmiyyət daşıyır. Komandalar turnirə uğurlu başlamaq və ilk xalları qazanmaq üçün meydana çıxıblar.
Qarşılaşmanı Qabondan olan FIFA referisi Pyer Aço idarə edir. Ona yan xətt hakimləri və VAR briqadası kömək edir.
İraq millisi uzun fasilədən sonra dünya çempionatında uğurlu çıxış etməyə çalışırsa, Norveç yığması da qrupda iddialı komandalardan biri hesab olunur.
Qeyd edək ki, I qrupun günün ilk oyununda Fransa millisi Seneqal üzərində 3:1 hesablı qələbə qazanıb. Beləliklə, İraq - Norveç matçının nəticəsi qrupdakı vəziyyətə birbaşa təsir göstərəcək.
Musavat.com






