İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda daha bir müxalifətçi saxlanıldı

526 17.06.2026 22:21 Dünya A A

Ermənistanın "Elektrik Şəbəkələri" QSC-nin sabiq direktoru, parlament seçkilərində iştirak edən "Güclü Ermənistan" blokunun namizədlərindən biri David Kazinyan saxlanılıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, məlumatı Ermənistanın Antikorrupsiya Komitəsi təsdiqləyib.

Qurumun açıqlamasında bildirilib ki, David Kazinyan seçki rüşvəti verilməsinə hazırlıqda şübhəli bilindiyi üçün saxlanılıb.

Xatırladaq ki, bu gün Ermənistan Mərkəzi Seçki Komissiyası prokurorluğun David Kazinyana qarşı cinayət təqibinin başlanmasına razılıq verilməsi barədə vəsatətini təmin edib.

Kazinyan iyunun 7-də keçirilən parlament seçkilərində ikinci yeri tutan "Güclü Ermənistan" blokunun seçki siyahısında yer alırdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR