Futbol üzrə dünya çempionatının K qrupunda Portuqaliya və Konqo Demokratik Respublikası yığmaları arasında keçirilən oyun heç-heçə başa çatıb.
Musavat.com xəbər verir ki, Hyustonda baş tutan qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.
Oyunda hesab erkən açılıb. Portuqaliya millisinin futbolçusu Joao Neves 6-cı dəqiqədə Pedro Netonun ötürməsindən sonra komandasını hesabda önə çıxarıb.
Konqo Demokratik Respublikası isə ilk hissəyə əlavə olunmuş dəqiqələrdə cavab verib. Yoane Wissa 45+5-ci dəqiqədə Artur Masuakunun məhsuldar ötürməsini qola çevirərək hesabı bərabərləşdirib.
Matçın ikinci hissəsində tərəflərin cəhdlərinə baxmayaraq, başqa qol vurulmayıb və görüş 1:1 hesabı ilə yekunlaşıb.
***
Hyustonda keçirilən K qrupunun I tur matçında daha bir qol vurulub.
Portuqaliya ilə Konqo Demokratik Respublikası arasında keçirilən qarşılaşmada hesab bərabərləşib. Afrika təmsilçisi rəqib qapısına yol taparaq tabloya 1:1 hesabını yazdırıb.
Beləliklə, oyunda yenidən tarazlıq bərpa olunub və komandalar mübarizəni bərabər hesabla davam etdirirlər.
***
Hyustonda keçirilən K qrupunun oyununda ilk qol vurulub.
Portuqaliya millisi Konqo Demokratik Respublikası ilə görüşün 6-cı dəqiqəsində hesabı açıb.
Avropa təmsilçisinin heyətində Joao Neves fərqlənərək komandasını önə çıxarıb.
Hazırda portuqaliyalılar 1:0 hesabı ilə irəlidədirlər.
21:05 ***
Futbol üzrə dünya çempionatında K qrupunun Portuqaliya – Konqo Demokratik Respublikası oyunu başlayıb.
Musavat.com xəbər verir ki, qarşılaşma ABŞ-ın Hyuston şəhərindəki stadionda keçirilir.
Portuqaliya millisi qrup mərhələsinə qələbə ilə başlamağı hədəfləyir. Konqo Demokratik Respublikası isə güclü rəqib qarşısında xal qazanmaq üçün meydana çıxıb.
Qarşılaşmanı Qətərdən olan FIFA referisi Abdulrahman Əl-Cassim idarə edir.
Qeyd edək ki, bu oyun K qrupunda ilk turun diqqət çəkən qarşılaşmalarından biridir.
Musavat.com






