İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2026-nın ən yaraşıqlı futbolçuları

1148 20.06.2026 00:23 İdman A A

Süni intellekt texnologiyaları üzrə ixtisaslaşan şirkət 2026-cı il dünya çempionatının axtarış sistemlərində ən çox axtarılan 150 futbolçusunun xarici görünüşünü təhlil edib. 

depaul.jpg (24 KB)

Rodriqo De Paul 

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, üzün simmetriyasını, balansını və harmoniyasını müəyyən edən "qızıl nisbət"ə əsaslanan araşdırmanın nəticələrinə görə, dünya birinciliyinin ən yaraşıqlı oyunçusu adını 74.18% reytinqlə Argentina yığmasının yarımmüdafiəçisi Rodriqo De Paul qazanıb. 

Screenshot_1.png (385 KB)

Kay Haverts 

Reytinqin ikinci pilləsində Almaniya millisinin hücumçusu Kay Haverts (74.10%) qərarlaşıb. Liderlər üçlüyünü isə İngiltərə yığmasının vingeri Noni Madueke (73.29%) tamamlayır.

Screenshot_2.png (536 KB)

Noni Madueke

Onların ardınca siyahıda misirli Məhəmməd Salah (73.27%), braziliyalı Endrik (73.25%) və koreyalı Son Hın Min (73.24%) yer alıblar. 

Screenshot_3.png (558 KB)

Portuqaliya millisinin kapitanı və hücumçusu Kriştianu Ronaldu isə bu siyahıda 45-ci yerdə qərarlaşıb. Tədqiqatı aparan şirkət nümayəndələri bu faktı belə şərh ediblər:

"O öz imicinə ən çox diqqət yetirən futbolçulardan biridir, lakin burada 45-ci yerdə olması "qızıl nisbət"in nə dərəcədə spesifik olduğunu sübut edir. Bu sistem üslubu, xarizmanı və ya populyarlığı deyil, yalnız və yalnız üzün proporsiyalarını ölçür".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR