İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaqları ölən Keşlədəki erməniyə verilən tövsiyə: “Hər Məhərrəmlikdə məscidə...”

1572 20.06.2026 02:39 Dünya A A

Məhərrəm ayına hörmətin təkcə müsəlmanlarla məhdudlaşmadığını göstərən maraqlı etnoqrafik fakt ortaya çıxıb.

Musavat.com xəbər verir ki, Milli Kimlik səhifəsinin paylaşdığı Fin əsilli tədqiqatçı Ivar Lassinin “Qafqazın Azərbaycan türklərində Məhərrəm mərasimləri” adlı elmi araşdırmasında Məhərrəm ayı ilə bağlı maraqlı qeyd olunub.

Alimin yazdığına görə, həmin dövrdə belə bir inanc vardı ki, Məhərrəm mərasimləri zamanı qeyri-müsəlmanların etdiyi nəzir və ianələr də Allah tərəfindən qəbul olunur və bunun müqabilində onlara xeyir-bərəkət nəsib olur.

Lassi Bakının Keşlə kəndində yaşamış bir erməni ilə bağlı hadisəni də qeyd edir. Həmin şəxs dostlarına şikayət edib ki, həyat yoldaşı ona uzun illər ərzində çoxlu uşaq dünyaya gətirsə də, onların hamısı körpə yaşlarında vəfat edir.

Azərbaycanlı dostları ona kəndin baş mollasına müraciət etməyi məsləhət görüblər. Molla isə erməniyə hər Məhərrəm ayında kəndin əsas məscidinə bir funt çay və şəkər göndərməyi və nəticəni gözləməyi tövsiyə edib.

Tədqiqatçı yazır ki, 1913-cü ildə bu əhvalatı eşidəndə həmin erməni artıq 12 il idi ki, bu tövsiyəyə əməl edirdi və o vaxt onun 12 yaşlı oğlu vardı.

Bu fakt çoxkonfessiyalı Bakı və Abşeron mühitində Məhərrəm ayının təkcə müsəlmanlar deyil, digər dini icmalar tərəfindən də hörmətlə qarşılandığını göstərən maraqlı etnoqrafik müşahidələrdən biri hesab olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR