İnsanlara hürriyət, millətlərə istiqlal!

İran: ABŞ-ın Hörmüz boğazına müdaxiləsinə heç bir halda yol verilməyəcək

500 13.07.2026 19:17 Dünya A A

İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının rəsmi nümayəndəsi İbrahim Zülfüqari ABŞ-ın Hörmüz boğazındakı fəaliyyətlərinə qarşı sərt bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, Zülfüqari İranın ABŞ-ın boğazın idarə olunmasına müdaxiləsinə "heç bir şəraitdə" imkan verməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, Vaşinqtonun regiondakı addımları təkcə regional təhlükəsizliyi deyil, həm də beynəlxalq ticarət və gəmiçilik üçün ciddi təhdid yaradır. İran nümayəndəsi qeyd edib ki, bəzi ölkələrin ABŞ-la əməkdaşlığı müharibənin bütün Yaxın Şərqə yayılması riskini artırır.

Bəyanatda bildirilir ki, İran silahlı qüvvələri ABŞ hərbçilərinin boğazdan keçən ticarət və neft tankerlərinə maneə törətməsinə və ya İranın təyin etdiyi marşrutlardan kənar hərəkət etməsinə qarşı ən sərt şəkildə cavab verəcək. Tehran, həmçinin regional ölkələrə xəbərdarlıq edərək, ABŞ-a göstəriləcək istənilən hərbi və ya logistik dəstəyi İslam Respublikasının suverenliyinə və milli təhlükəsizliyinə qarşı düşmənçilik aktı kimi qiymətləndirəcəyini bəyan edib.

İran tərəfi hazırkı gərginliyin artmasına görə bütün məsuliyyəti ABŞ və onun müttəfiqlərinin üzərinə qoyub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR