ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahuya qoşunlarını Suriya və Livandan çıxarmağı tapşırıb.
Musavat.com xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, liderlər arasında telefon danışığı Trampın Türkiyədə keçirilən NATO sammiti çərçivəsində Əhməd əş-Şaraa ilə görüşündən sonra baş tutub.
Nəşrin mənbəsi Trampın Netanyahuya ünvanladığı bu sözləri sitat gətirib: "Onlar (suriyalılar) sizin orada olmağınızı istəmirlər. Siz geri çəkilməlisiniz".
Mənbə qeyd edib ki, ABŞ prezidentinin bu tələbi Livan ərazisinə də aiddir.
Musavat.com






