İnsanlara hürriyət, millətlərə istiqlal!

ANS-in “Böyük Seva”sı Musavat.com-a elə AÇIQLAMALAR verdi ki... - “Məni ən çox təəssüfləndirən onların yoxluğudur”

1113 13.07.2026 18:43 Müsahibə A A

Musavat.com-un budəfəki həmsöhbəti hər kəsin ANS telekanalından “Böyük Seva” kimi tanıdığı jurnalist Sevda Həsənovadır.

- Sevda xanım, aylar öncə beyin əməliyyatı keçirmişdiniz, indi necəsiniz?

- Özümü çox yaxşı hiss edirəm, şükür Allaha. İşə çıxmışam, hər şey qaydasındadır.

- Hazırkı iş yeriniz ANS Press saytıdır?

- Bəli, şef redaktoram.

- Ağır əməliyyatdan sonra bu qədər gərgin, stressli xəbərlərlə necə başa çıxırsınız?

- Mən həmişə xəbərin içində olmuşam deyə indi heç bir problem yoxdur. Mən işləməkdən yorulmuram. İşləyəndə istirahət edirəm. Mənə deyirlər, nə vaxt yorulsan, o vaxt gedə bilərsən. Amma yorulmuram, özümü yaxşı hiss edirəm.

Mənim üçün hər bir hadisə xəbərdir. Şükür Allaha, torpaqlarımız azad olunub. 1994-cü ildən ANS televiziyasında işləyirdim. Həmin dövrlərdən 2020-ci ilə qədər “Ermənistan Azərbaycana təcavüz edib” deyə yazırdıq, deyirdik. 2020-ci ildən sonra isə bu sözü yazmırıq, işlətmirik. Ancaq quruculuq işləri ilə bağlı xəbərləri veririk.

- Azad olunan ərazilərdən danışmışkən, əslən Qubadlı rayonundansınız. Doğma yerləri ziyarət etmisinizmi?

- Mən Şuşada Mədəni-Maarif Texnikumunda təhsil almışam. Oranı ziyarət etmişəm. Daha sonra Laçına, Xankəndiyə, Ağdama, Əsgərana, Xocalıya getmişəm. Çingiz Mustafayevin vurulduğu yerə də getdik. Oradan Vahid Mustafayev sənədli film də hazırladı.

vvvvvvvvvvvv.png (1.06 MB)

Təəssüf ki, Qubadlıda hələ olmamışam, ancaq getmək planımda var. Təhsil aldığım texnikumun əsas korpusunu ermənilər dağıdıblar. Amma binanın yataqxanası salamatdır. Şuşada çox gözəl layihələr icra olunur. Şəhər çox gözəlləşib, söz ola bilməz. Şuşanı heç bir yerə dəyişmərəm.

27498.jpg (18 KB)


- Sizin qardaşınız da Qarabağ uğrunda şəhid olub. Onun şəhid olduğu yeri gedib görmüsünüz?

- Həmin ərazi əvvəllər Ağdərənin bir hissəsi sayılırdı, sonradan isə oranı Tərtərin tərkibinə verdilər. Yəqin ki, o kəndi gedib görmək mənə qismət olar. Orda minalar çoxdur, təmizləndikdən sonra ziyarət edəcəyəm.

dddddddddddd.png (925 KB)


- Yaşlı nəsil jurnalistlər indiki jurnalistikanı bəyənmirlər. Deyirlər, dadı-duzu qalmayıb. Siz nə düşünürsünüz?

- Vallah, mən elə demirəm. Mənim üçün heç nə dəyişməyib. Çünki əsas xəbərdir. İndi jurnalistikada nə dəyişibsə, onu kənardan baxanlar desinlər. Mənim üçün 20-30 il əvvəl prioritet Qarabağ, ərazi bütövlüyümüzlə bağlı xəbərlər idisə, indi də elədir.

- Qubadlıya köç olarsa, getmək istərdinizmi?

- Mən əslən Qubadlıdan olsam da, heç vaxt orada yaşamamışam.

- Əvvəllər mətbuatda, ictimaiyyət arasında daha çox “Böyük Seva” kimi tanınırdınız. İndi sizi necə çağırırlar?

- İndi də “Böyük Seva” deyənlər var. Bunu əsasən köhnə tanışlar deyir.

- Köhnə “ANS”çilərdən ən çox kimlə yaxınsınız, hansı ilə əlaqəniz var?

- ANS-də kim olubsa, onlarla əlaqəm var. Çiyin-çiyinə işlədiyim həmkarlarımla bu gün də ünsiyyət saxlayıram. Vatsap qrupumuz var, orada danışırıq, əlaqə saxlayırıq, hamı bir-birindən xəbərdardır.

27500.jpg (21 KB)


- Ən çox hansı günlərin həsrətini çəkirsiniz?

- Məni ən çox təəssüfləndirən ANS televiziyası və radiosunun yoxluğudur. Doğrudur, Çingiz Mustafayevin adını daşıyan radio var, amma yenə də o günlərin həsrətini çəkirəm.

- Bu günlərdə əsas müzakirələrdən biri də televiziyaların həyatımızdakı yeri ilə bağlı oldu. Bir qisim düşünür ki, sosial şəbəkələr televiziyaları sıxışdırıb və artıq televizora baxan yoxdur. Siz bu haqda nə deyə bilərsiniz?

- Vallah, mənim evimdə də televizor yoxdur. 2016-cı ildən sonra televizoru yığışdırıb şkafın üstünə qoymuşam. “YouTube”da seriallara, komediyalara baxıram.

27501.jpg (24 KB)

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR