İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhmədinecad Mossad-la əməkdaşlıq iddiası ilə həbs edildi

1780 13.07.2026 22:38 Dünya A A

İranın keçmiş prezidenti Mahmud Əhmədinecad İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat qanadı tərəfindən saxlanılaraq ev dustaqlığına yerləşdirilib.

Musavat.com xarici agenltiklərə istinaədn xəbər veir rki, bu barədə The New York Times qəzeti məlumat yayıb. Qəzetin dörd yüksək vəzifəli İran rəsmisinə və ABŞ hökumətindəki mənbələrə istinadən yaydığı məlumata görə, İran xüsusi xidmət orqanları keçmiş prezidentin İsrailin "Mossad" kəşfiyyatı ilə geniş əlaqələr şəbəkəsini üzə çıxarıb.

İddia olunur ki, İsrail uzun illər ərzində Əhmədinejadı əməkdaşlığa cəlb etmək üçün gizli fəaliyyət göstərib. Məlumata görə, "Mossad" onu İranın hazırkı teokratik rejimi devriləcəyi təqdirdə ölkənin idarə olunması üçün kompromis fiqur kimi nəzərdən keçirib.

Bildirilir ki, 2024-cü ilin əvvəlində Əhmədinecad Budapeştdə həmin dövrdə "Mossad" rəhbəri olan David Barnea ilə gizli görüş keçirib. Görüşün iqlim konfransı çərçivəsində baş tutduğu, dəvətin isə İsrail tərəfinin xahişi ilə Macarıstan rəsmiləri tərəfindən təşkil edildiyi iddia edilir.

Mənbələrin məlumatına görə, tərəflər arasında əlaqələr 2025-ci ildə də davam edib, həmçinin Qvatemalada da görüşlərin keçirildiyi bildirilir.

İddialara əsasən, 2024-cü ilin fevralında ABŞ və İsrailin İrana endirdiyi genişmiqyaslı zərbələrin ilk günündə İsrail hərbi hava qüvvələri Əhmədinejadın iqamətgahına dəqiq zərbə endirərək onu qoruyan SEPAH mühafizəçilərini zərərsizləşdirməyə çalışıb. Daha sonra "Mossad" əməkdaşlarının keçmiş prezidenti İran daxilində gizli mənzilə apardığı, lakin onun sonradan İsrailin planlarından narazı qalaraq sığınacağı tərk etdiyi iddia olunur.

Məqalədə qeyd edilir ki, bu hadisələrdən sonra Əhmədinejad ilk dəfə İranın ali dini lideri Əli Xameneinin dəfn mərasimində ictimaiyyət qarşısına çıxıb. O, təhlükəsizlik əməkdaşlarının gücləndirilmiş müşayiəti altında mərasimdə iştirak edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR