Macarıstan parlamenti prezidentin və Konstitusiya Məhkəməsinin dörd hakiminin vəzifədən getməsini nəzərdə tutan konstitusiya dəyişikliklərini təsdiqləyib.
Musavat.com xəbər verir ki, qanun layihəsi 139 deputatın lehinə, 6 deputatın əleyhinə səsi ilə qəbul edilib. Dəyişiklikləri Macarıstanın Baş naziri Peter Madyar üç həftə əvvəl təqdim edib və təşəbbüsü "Təmizləyici alov" əməliyyatı adlandırıb.
Qanun ölkə prezidenti Tamaş Şuyok tərəfindən imzalanacağı təqdirdə, həm dövlət başçısı, həm də Konstitusiya Məhkəməsinin dörd hakimi vəzifələrini tərk edəcək.
Qəbul edilən dəyişikliklərə əsasən, eyni zamanda 12 il deputat mandatı daşımış şəxslərin növbəti parlament seçkilərində namizəd olmasına qadağa qoyulur.
Musavat.com






