İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın ürəyini yanacaq krizi iflic edir: Ukrayna dronları Moskvanı diz çökdürdü

1111 20.06.2026 01:37 Dünya A A

Moskvada və ətraf bölgələrdə benzin qiymətlərinin sürətlə bahalaşması ciddi narahatlıq yaradıb.

Musavat.com xəbər verir ki, 15–19 iyun tarixləri arasında Moskva və Moskva vilayətində benzinin qiymət artımı əvvəlki həftələrlə müqayisədə 3–4 dəfə sürətlənib. Bu barədə “Kommersant” nəşri məlumat yayıb.

Eyni zamanda məlum olub ki, 2024–2025-ci illərdə Ukrayna pilotsuz uçuş aparatlarının Rusiya neft bazalarına endirdiyi zərbələr yüzlərlə ton benzinin itirilməsinə və tədarük zəncirində ciddi problemlərə səbəb olub.

“Vyorstka”nın araşdırdığı məhkəmə materiallarına əsasən, hücumlardan sonra neft bazalarının müştəriləri məhkəmələrə müraciət edərək ya saxlanılan benzinin geri qaytarılmasını, ya da onun dəyərinin ödənilməsini tələb ediblər.

Neft anbarlarının sahibləri isə məhkəmələrdə öhdəliklərin yerinə yetirilməməsini və yanacaq itkilərini dron hücumları nəticəsində yaranmış fors-major hallarla izah ediblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR