İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə siyasətində kritik an: CHP-li deputat Baxçalı ilə görüşdü və...

847 17.06.2026 23:58 Dünya A A

CHP-nin Diyarbakır millət vəkili Sezgin Tanrıkulu ilə MHP lideri Dövlət Baxçalı arasında keçirilən görüş Türkiyə siyasi gündəmində diqqət çəkib.

Musavat.com xəbər verir ki, Sezgin Tanrıkulu görüşlə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Dövlət Baxçalı ilə ölkənin gündəmində olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tanrıkulu qeyd edib ki, Kürd məsələsinin sülh yolu ilə həlli istiqamətində göstərdiyi səylərə görə həm şəxsən öz adından, həm də təmsil etdiyi Diyarbakır adına Baxçalıya təşəkkürünü çatdırıb.

CHP-li deputat paylaşımında MHP liderinin göstərdiyi qəbul və diqqətə görə də minnətdarlığını ifadə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR