İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Qazaxıstan Xəzər dənizində hərbi təlimləri başa çatdırıblar

552 19.06.2025 22:34 Ölkə A A

Azərbaycan və Qazaxıstan Xəzər dənizində “Xəzri – 2025” hərbi təlimlərini başa çatdırıblar.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Məlumata görə, təlimlər dəniz və hava hədəflərinə atəş açmaq, üzən minaları məhv etmək məşqlərini əhatə edib. Bundan başqa, Azərbaycan və Qazaxıstanın hərbi qüvvələri birgə manevr etmək və axtarış-xilasetmə əməliyyatları bacarıqlarını məşq ediblər.

Təlimlər zamanı həmçinin hava hücumundan müdafiənin təşkili həyata keçirilib.

Qeyd edək ki, Azərbaycan və Qazaxıstanın birgə hərbi təlimləri iyunun 17-də Aktauda başlanıb. Təlimlərin açılış mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini – qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdov və Qazaxıstan Hərbi Dəniz Qüvvələri baş komandanının birinci müavini – baş qərargah rəisi 1-ci dərəcəli kapitan Kanat Niyazbekov iştirak ediblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR