İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 162 nəfər qidadan zəhərlənib

514 15.07.2025 22:46 Hadisə A A

İlin ilk yarısında Azərbaycanda ümumilikdə 25 qida zəhərlənməsi hadisəsi baş verib.

Bu barədə musavat.com-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib. 

Agentliyin məlumatına görə, zəhərlənmə hadisələrində ümumi 162 zərərçəkən olub:

“Təsdiqlənmiş qida zəhərlənmələrindən 15-i məişət zəminində, 10-u ictimai iaşə müəssisələrində baş verib. Baş verən hadisələrə əsas səbəb sanitar-gigiyenik qaydalara riayət edilmədən məhsulun hazırlanması və istehlakıdır”.

AQTA-dan bildiriblər ki, hesabat dövrü ərzində qida zəhərlənməsi diaqnozu ilə ölüm hadisəsi qeydə alınmayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR