İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə hər il 50 mindən çox insan qida səbəbindən ölür

567 11.06.2026 03:27 Dünya A A

Nigeriya hökuməti ölkədə hər il təxminən 50 milyon insanın qida mənşəli xəstəliklərə yoluxduğunu və bu səbəbdən ildə 53 mindən çox insanın həyatını itirdiyini açıqlayıb.

Sağlamlıq üzrə dövlət naziri Adekunle Salako Qida Təhlükəsizliyi Günü münasibətilə paytaxt Abucada keçirilən mətbuat konfransında çıxış edib.

O, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qida təhlükəsizliyi ilə bağlı son məlumatlarını təqdim edərək, Nigeriyada hər il təxminən 50 milyon insanın qida mənşəli xəstəliklərdən zərər çəkdiyini bildirib.

Salako təhlükəsiz olmayan qidaların ildə 53 mindən çox ölümə yol açdığını qeyd edib. Onun sözlərinə görə, bu ölümlərin 80 faizindən çoxu 5 yaşdan kiçik uşaqlar arasında qeydə alınır.

O, həmçinin bildirib ki, dünya üzrə təhlükəsiz olmayan qida hər il təxminən 866 milyon xəstəlik halına və 1,5 milyon ölümə səbəb olur.//Demokrat.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR