İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda ağır vəziyyətdə xəstəxanaya çatdırılan körpə xilas edildi - VİDEO

657 28.03.2024 09:40 Hadisə A A

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna ağır vəziyyətdə olan körpə çatdırılıb.

Körpəyə ətraflı müayinə zamanı yenidoğulmuşların bağırsaq çöpləri tərəfindən törədilən sepsisi, sidik yollarının neonatal infeksiyası, dəqiqləşdirilməmiş anemiya, yenidoğulmuşlarda hipoksik ensefalopatiya diaqnozları qoyulub.

Daxil olarkən vəziyyəti preaqonal, ümumi intoksikasiya, ürək-damar, tənəffüs çatışmazlığı ön planda olub.

Reanimatoloq Xalidə Mustafayeva tərəfindən aparılan planlı müayinə və müalicələrdən sonra körpənin vəziyyəti stabilləşib və Yenidoğulmuşların patologiya şöbəsinə köçürülüb.

Şöbədə həkim pediatr Nigar Cəfərovanın davam edən müalicəsi, tibb bacılarının körpəyə qulluğu nəticəsində onun vəziyyəti yaxşılaşıb və sağalma ilə evə yazılıb.

Körpənin valideynləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun bütün kollektivinə, müalicə həkimlərinə təşəkkürlərini bildirirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR