İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda inflyasiyanı artıran bu amillər aktivləşib

560 24.06.2026 13:22 İqtisadiyyat A A

Mərkəzi Bank cari və yeni ildə illik inflyasiyanın hədəf üzərində qalacağı proqnozu dəyişməz saxlayıb.

Musavat.com xəbər verir ki, bu, tənzimləyicinin uçot dərəcəsi ilə bağlı qərarında əksini tapıb.

Bununla belə, Mərkəzi Bank bəyan edir ki, inflyasiyanın xarici mənşəli xərc amillərində aktivləşmə müşahidə edilir:

"Ötən iclasdan bəri qlobal iqtisadi mühitdə baş verən dəyişikliklər xarici inflyasiya risklərinin yüksəlmə ehtimalını artırır. Sürətlə dəyişən qlobal mühitdə dünya ərzaq və gübrə qiymətlərinin artması, nəqliyyat-logistika xərclərinin yüksəlməsi, ticarət tərəfdaşı olan ölkələrdən inflyasiya idxalının genişlənməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin yavaşlaması inflyasiyanın xarici risk amillərini artıra bilər. Bu amillərin dayanıqlı olub-olmaması ilə bağlı dərin təhlillər aparılır. Daxili mühitdə isə mövcud fiskal və pul siyasəti fonunda məcmu tələbin izafi genişlənməsi ehtimalı yüksək deyil".
 
Tənzimləyici bəyan edir ki, cari ilin qalan dövründə də faiz dəhlizinə dair növbəti qərarlar inflyasiya proqnozu və makroiqtisadi göstəricilərin dinamikası nəzərə alınmaqla veriləcək.

Həmçinin qlobal mühitdəki qeyri-müəyyənlikləri nəzərə alaraq makroiqtisadi göstəricilərin bir neçə ssenaridə proqnozları nəzərdən keçiriləcək. Mərkəzi Bank faiz dəhlizinin parametrləri ilə bağlı qərarlar verilərkən bank sektorunda likvidliyin dinamikası, onun birbaşa və dolayı təsirlərini də nəzərə alacağını qeyd edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR