İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda kafeyə hücum edildi - qadın ölümlə hədələndi - FOTO

856 23.07.2025 20:07 Hadisə A A

Balakən rayonunda yerləşən obyektlərin birində gecə saatlarında quldurluq hadisəsi qeydə alınıb. Kəsici alətlə kafeyə daxil olan naməlum şəxs qadın icarədardan kassada olan pulları tələb edib və verməyəcəyi təqdirdə onu ölümlə hədələyib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə təqsirli bilinən 29 yaşlı Ramazan Ramazanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Ramazanov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR